Xarici saytlardan alış-veriş niyə çox sərfəlidir?

30.03.2021

Mağaza-mağaza dolaşıb, saatlarla dəyişmə otaqlarının, kassaların qabağında gözləyib, satıcı və ya digər alıcılarla bəzən mübahisə edəndən sonra paketləri daşıyıb, əldən düşmüş vəziyyətdə evə çatırsan və günün əsəb və yorğunluqla bitir - ənənəvi alış-verişin ümumi təsviri, adətən, belə olur. 

Müasir insanın həyatında zaman olduqca sürətlə axır və hər dəqiqə qiymətlidir. İş, dərs, dostlar və ailə ilə zaman keçirmək, ev işlərini həll etmək, müasir trendləri və xəbərləri izləyərkən bir də baxırıq ki, günəş üfüqdən qürub edib (bizim dillə desək, küçə fənərləri artıq yandırılıb). 

Bütün bu bizi gözləyən işlərin arasında bir də mağaza-mağaza dolaşıb yuxarıda sadalananları etmək istəməyənlər üçün bizim kargo xidmətlərimiz dada yetişir.

Ənənəvi küçə gəzintili mağaza alış-verişindən fərqli olaraq, saytlardan, xüsusilə, xarici e-ticarət platformalarından alış-veriş etməyin üstün cəhətlərinə gəlin birlikdə nəzər salaq:

Zamana qənaət

Alış-veriş etmək ehtyac duyduğumuz maddi ehtiyacları təmin etmək üçün önəmlidir, ancaq heç nə zamanımızdan daha vacib ola bilməz. Hər kəsə məlumdur ki, indi zaman “su kimi axır” və həyatımızın hər tərəfinə çata bilmək üçün əldən-ayaqdan düşürük. 

 

Belə bir vaxtda mağazaları gəzmək, yol getmək, kassada və geyim dəyişmə otaqlarının qarşısında saatlarla gözləmək həyatımızdan önəmli şeylər oğurlaya bilir. 

 

Bunun əksinə, xarici saytlardan evdə, işdə, yol gedərkən, istirahət edərkən, hətta süfrə başında belə alış-veriş edə bilərsiz. Sadəcə sayta daxil olursuz, istədiyiniz məhsulu və parametrlərini axtarışa verirsiz və “voila’”! 

 

Daha dərinə ensək:

Eyni məhsulun bir neçə saytda müqayisəsi

Yerli mağaza və bredlərimizin bəzən “Burda mən, Bağdadda kor xəlifə!” strategiyasından olduqca yoruluruq. Bir məhsulu ya paralel mağazalarda tapmaq olmur, ya da qiymətlərin yüksək olmasından əziyyət çəkirik. 

Xarici saytlarda isə, siz eyni məhsulun qiymətini və keyfiyyətini bir neçə satıcı firmada müqayisə edirsiz və cibinizə ən uyğun olanı könül rahatlığı ilə sifariş verirsiz. 

Endirim xəbərlərini izləmək

Ənənəvi alış-verişə çıxmısız, yanından keçdiyiniz mağazanın vitrinində “şok endirim” kompaniyasının reklamını görürsüz, sevincək içəri girirsiz və məlum olur ki, endirim kompaniyası çoxdan bitib, sadəcə mağaza nümayəndəsinin vitrinlərdəki elanı sökmək “yadından çıxıb”. 

 

Bu halda, mağazalarda endirim kompaniyalarından xəbər tutmaq üçün zamanında vitrinlərin qarşısından keçmək və ya sosial şəbəkələrdə müxtəlif səhifələrdən hansı mağazanın endirim etdiyini izləmək lazım olur. 

Xarici saytlardan alış-veriş edərkən vəziyyət tamamilə fərqlidir. Belə ki, siz istənilən vaxt e-ticarət platformalarına daxil olursuz və endirim kompaniyalarını yaxından izləyirsiz. Bu saytları davamlı izlədiyinizdə bəzən 80-90%-ə qədər endirimdən yararlana bilərsiz.

 

Hər zaman daha ucuzdur

Hər hansı məhsul ölkəmizə satış üçün gətirilərkən qiymətin üzərinə müxtəlif rüsum və əlavə biznes xərcləri də gəldiyi üçün məhsul 2-3 dəfə baha satılır.

 

Xarici saytlardan sifariş verdiyiniz zaman isə sadəcə məhsula və çatdırılma xərclərinə ödəniş edəcəksiz.

 

Daha çox çeşid və daha çox keyfiyyət

Yerli mağazalarımızda əksər vaxtı, demək olar ki, eyni tərzdə, eyni növdə məhsullarla qarşılaşırıq. Çeşid və tərz müxtəlifliyinin olmaması onların ən zəif tərəfidir.

Bununla yanaşı, uzun zaman depolarda paketlənib qalan və vitrinə çıxarılacağı günü gözləyən paltarların bəzən “gözlərinin kökü saralır”. Geyimlər ya orijinal olmur, ya da keyfiyyəti çox aşağı olur.

 

Çox zaman isə, Instagram-da müxtəlif zaman dövrlərinə, film qəhrəmanlarına məxsus fərqli, zərif, olduqca gözoxşayan məhsullar görürük və “axı niyə bizim mağazalarda bunlar satılmır” deyib köks ötürürük. 

 

Siz indi xarici e-ticarət saytlarında 1950-ci ilə aid kardiqandan tutmuş, 40 dildən sinxron tərcümə aparan WT2 Earbuds-a qədər istənilən çeşiddə, istənilən məhsulun ən keyfiyyətlisini seçərək ala bilərsiz.

Oxşar xəbərlər