Türkiyədən Azərbaycana sifariş və çatdırılma

09.09.2021

Vadi.az vasitəsiylə Türkiyədən Azərbaycana sifariş və çatdırılmanın incəlikləri. Türkiyənin ən çox istifadə edilən online mağazaları. Vadi.az vasitəsiylə Türkiyədən sifariş qaydası. 

Türkiyə-dən Azərbaycana sifarişi mümkündürmü? Türkiyə-dən Azərbaycana sifariş şərtləri nədir? Türkiyə-dən Azərbaycana çatdırılma şərtləri? Türkiyə-dən Azərbaycana çatdırılma qiymətləri necədir?

 

Son vaxtlarda dünyada və ölkəmizdə elektron ticarət fəaliyyətləri yüksəlişə keçmişdir. Ölkəmizdə elektron ticarətin böyük bir hissəsini xarici ölkələrin saytlarından edilən alış-veriş fəaliyyətləri tutmaqdadır. Xüsusiylə də Türkiyə Çin və ABŞ-ın elektron ticarətdəki uğuru bu ölkələrinin onlayn mağazalarına marağı bir xeyli artırmışdır.

Xarici ölkələrdən sifariş zamanı ölkəmizdəki insanların ən çox üz tutduqların ünvan isə qardaş ölkə Türkiyənin onlayn mağazalarıdır. Bunun isə əsas səbəbləri, Türkiyə ilə olan milli-mədəni yaxınlıq, dil çətinliyinin olmaması və ölkəmizlə məsafənin çox olmadığı üçün çatdırılmaların daha sürətli həyata keçirilməsidir. Belə ki, Türkiyədən sifarişlər ortalama 3-4 gün ərzində Azərbaycana çatdırılırsa, ABŞ və Çin kimi ölkələrdən sifarişlər ancaq 10-15 gün ərzində müştəriyə çatdırıla bilir. Eyni zamanda Türkiyədə Trendyol.com kimi çox uğurlu alış-veriş saytlarının olması da Azərbaycanlı istehlakçıların internetdən alış-veriş zamanı Türkiyəyə üz tutmalarına səbəb olur. Bəs son illərdə istehlakçılar elektron ticarətə maraöının artış səbəbləri nədir? İndi isə bunu cavabını tapmağa çalışaq.

İnternetdən alış-verişin üstünlükləri:

Geniş məhsul çeşidinin mövcudluğu

    İnternetdən alış-verişi ən cazib edən nüansların başında məhsul çeşidi bolluğu gəlir desək yəqin ki, yanılmarıq. Belə ki, internetə daxil olduqdan sonra dünyadaki bütün məhsullar istehlakçılar üçün əl çatan olur. İnternetə daxil olduqdan sonra etməyiniz lazım olan şeylər isə sizə lazım olan məhsulu tapmaq ödəniş edib sifarişi həyata keçirmək və məhsulun çatdırılmasını sizə etibarlı şəkildə gerçəkləşdirəcək karqo şirkətini seçməkdir.

Zaman anlayışın olmaması

    Elektron ticarəti ənənəvi pərakəndə ticarətdən fərqləndirən əsas faktorlardan biri zaman anlayışının olmamasıdır. Beləki siz fiziki mağazaların əksəriyyətindən yalnız müəyyən vaxt çərçivəsində alış-veriş həyata keçirə bilərsiniz. Ancaq onlayn mağazalar 24 saat açıqdır. Beləliklə günün istənilən saatında sifariş etməyiniz mümkündür. Bu isə günlük işlərdən vaxt tapıb alış-verişə gedə bilməyən insanlar üçün olduqca böyük bir üstünlükdür.

Məkansızlıq

    Yuxarıda da qeyd edildiyi kimi internetdən alış-veriş zamanı məkan faktoru da öz əhəmiyyətinin itirir. Artıq dünyanın ən böyük bazara sahib ölkələrindən rahatlıqla alış-veriş etmək mümkündür. Bunun üçün sadəcə sifariş etmək istədiyiniz ölkədən Azərbbaycana çatdırılma seçimlərinə diqqət yetirməlisiniz.

 

Türkiyənin onlayn mağazaları

    Türkiyədən sifarişə olan əsas maraqın səbəblərindən birisi də Türkiyədəki onlayn mağazaların inkişafıdır. Türkiyədə demək olar ki, bütün böyük markalar öz internet səhifələri vasitəsiylə satış həyata keçirirlər. Bununla yanaşı isə böyük “marketplace”-lər də bazarda uğur qazana bilmişdirlər.

Trendyol.com

Türkiyənin ən böyük onlayn mağazalar toplusu olan Trendyol tərkibində minlər marka və yüz minlərlə məhsulu müştərilərə təklif edir. Trendyol-un ən çox sevilən xüsusiyyəti isə hər zaman uyğun qiymətə məhsullar tapmağın mümkünlüyüdür. Trendyol sezon sonlarında və xüsusi günlərdə isə böyük faizli endirimlər həyata keçirməkdədir. Trendyol-un başqa bir sevilən funksiyası isə “Trendyol Elite” statusunun mövcudluğudur. Belə ki, “Elite” statusu almış şəxslər xüsusi üstünlüklər eldə edə bilirlər.

Morhipo.com

Türkiyədən sifarişlərdə ən çox istifadə edilən veb saytlardan başqa biri isə Morhipo-dur. Morhipo-da görüntü və məhsul çeşidi olaraq Trendyol ilə bənzərlik təşkil etsə də daxilində yer alan unikal markaları ilə öz istehlakçısını tapa bilmişdir. Geyim və ev əşyaları kimi məhsullar Morhipo saytında əksəriyyət təşkil edir. Morhipo saytı Türkiyənin məşhur Boyner şirkətinin tərkibində yaradılmışdır.

N11.com

N11.com saytından daha çox elektronika sifarişlərin həyata keçirilməsi üçün istifadə edilir. Elektronika ilə yanaşı N11 saytında ev əşyaları, idman məhsulları, geyim və avtomobillər üçün ehtiyat hissələri və başqa məhsulların alışı mümkündür.

Hepsiburada.com

Türkiyənin ən böyük onlayn mağazalarından birisi də Hepsiburada.com-dur. HepsiBurada təklif etdiyi məhsul çeşidi və sayına görə digər mağazalardan öndədir deyə bilərik. HepsiBurada saytı daha çox elektronika, ev əşyaları və gündəlik məhsulların satışı sahəsində ixtisaslaşmışdır.

Amazon.com.tr

    Amazon.com dünya üzrə ən dəyərli markalardan biri hesab edilməkdədir. Keçdiyimiz illərdə isə Amazon Türkiyə bazarına addımlarını atdı. 2017-ci ildən etibarən Amazon yavaş addımlara Türkiyə bazarına daxil olmuş, ancaq öz varlığını yalnız 2020-ci ildən etibarən göstərə bilmişdir. Amazon.com.tr kitab, elektronika və gündəlik məhsullar üzrə bazarda yer tutmağa çalışmaqdadır. Hazırda Amazon Prime üzvlük sistemi ilə istifadəçilərinə xüsusi sürətli və ödənişsiz karqo kimi əlavə xidmətlər göstərməkdədir.

Türkiyənin online geyim mağazaları

  • LC Waikiki
  • DeFacto
  • Koton
  • Mavi
  • Colins
  • Beymen
  • Kiğili

Türkiyənin online ayaqqabı mağazaları

  • Flo
  • Greyder
  • Kinetix
  • Aldo
  • Deichman
  • Scooter

Türkiyənin online kitab mağazaları

  • KitapYurdu
  • D&R
  • KITAPSAN
  • BABIL
  • IDEFIX
  • KitapSepeti

Türkiyənin online kosmetika mağazaları

  • Sephora
  • Gratis
  • Flormar
  • Watson

Türkiyədən Sifariş qaydası

    Türkiyənin online mağazalarından Azərbaycana sifariş olduqca rahat və sərfəlidir. Bunun üçün ilk olaraq Vadi.az saytında qeydiyyatdan keçirsiniz və Türkiyə ünvanınızı əldə edirisniz. Daha sonra isə Türkiyənin hər hansı online mağazasından sifariş zamanı məhsulun çatdırılacağı ünvan olaraq bu ünvanı qeyd edirsiniz. Bağlamanız anbarımıza daxil olduqdan sonra isə yalnız Smart Customs və ya e.customs.gov.az saytında bağlamanızı bəyan etməyiniz kifayətdir. Beləliklə də bağlamanız ən qısa müddətdə sizə çatdırılacaqdır.

Vadi.az Üstünlükləri

    Vadi.az bağlamaların daşınma haqqını qrama-qram hesablayaraq müştərilərin sadəcə gətirdikləri bağlamanın çəkisində ödəniş etmələrinə imkan verir. Bələ ki, Türkiyədən çatdırılmada 1kq üçün 3.33 dollar hesablanır və bağlamanın çəkisi nə qədərdirsə bu vurularaq daşınma haqqı müəyyən olunur. Beləliklə də artıq bağlamaların birləşdirilməsi xidmətinə də ehtiyac qalmır. Vadi.az ilə müştərilər yalnız bağlamalarının çəkisi qədər daşınma haqqı ödəmiş olurlar.

Oxşar xəbərlər