Türkiyədə endirimlər başlayır.

11.11.2022

  Türkiyədə endirimlər başlayır.

BLACK FRİDAY HƏYACANINA HAZIRSINIZ? 

 

Black Friday (yəni Qara Cümə) ABŞda Şükranlıq günündən sonra gələn ilk cümə günü üçün istifadə olunan ifadədir.Yeni ilə hazırlıq məqsədilə başlayan və günümüzədək hələ də aktual olan bu ərəfələrdə markalar alıcılara müxtəlif endirimlər təklif edir.  

Nəhayət hər kəsin gözlədiyi ENDİRİM GÜNLƏRİ başladı.Noyabr ayının 11dən başlayıb sonunadək davam edən kampaniya çərçivəsində müxtəlif brendlərin (Zara, Bershka, Stradivarius, Koton, DeFacto, LcWaikiki, Mavi, Mango, Gratis,Watsons o cümlədən Trendyol, HepsiBurada) təklif etdiyi endirimli qiymətlərdən yararlana bilərsiniz.

Turkiyede endirim

Trendyoldan sifariş.Trendyoldan necə sifariş edə bilərik ? 

Xüsusən Covid-19 dönəmindən etibarən insanların bəzi vərdişlərində dəyişikliklər müşahidə edilməyə başlandı.Bunların ən başlıcası özünü məhz onlayn sifarişdə biruzə verdi.Bizlər artıq onlayn alış-veriş edərək vaxt itirmədən istədiyimiz məhsulları rahatlıqla əldə edə bilirik.Təbii ki bunun üçün ehtiyac olan əsas nüans sürətli və ucuz karqo şirkəti tapmaqdır.Yarandığı gündən etibarən müştəri məmnuniyyətini nəzərə alan Vadi Group Black Fridaydə də sizlərlədir.Hər il olduğu kimi bu ildə Türkiyədə endirimlər artıq başlayıb.Bu gün bu yazıda sizə bir sıra məşhur alış-veriş saytlarının istifadə qaydası haqqında məlumat verəcəyik.Trendyol saytından özünüz birbaşa alış-veriş etmək istəyirsinizsə bunun üçün ilk öncə saytda qeydiyyatdan keçməlisiniz.Qeydiyyat 1 mərhələdən ibarətdir və burada ehtiyacınız olan tək şey e-mail ünvanıdır.Trendyolda qeydiyyatı tamamladıqdan sonra yüzlərlə mağazadan tək bir kliklə alış-veriş etmə şansına sahib olursunuz.Seçdiyiniz məhsulları səbətə atdıqdan sonra sizdən adres tələb ediləcək.Bu mərhələdə artıq Vadi.az hesabınızda Ünvanlarım bölməsində yazılan adresi yazmalısınız.Trendyol onay kod isə Vadi hesabınızda Trendyol Onay Kod bölməsində əks olunur.Əgər siz vadi.az saytına proqram vasitəsilə daxil olmusunuzsa burada onay kod yuxarı sağ tərəfdə yerləşən bildiriş bölməsində əks olunur.Adres yazıldıqdan sonra kart məlumatlarını daxil edərək,Trendyola aid sözləşməni də təsdiqləyib alışı   tamamlayırsınız.Trendyoldan aldığınız hər məhsulun detalları Siparişlerim bölməsində əks olunur.Türkiyədən sifariş heç bu qədər rahat olmamışdı.

Elə bu ? Bəli elə bu :)   

 

LC WAIKIKIdən sifariş.LC Waikikidən necə sifariş edək ? LC Waikikidə necə qeydiyyatdan keçmək olar ? 

 

Uzun illərdir keyfiyyətli parçaları və uyğun qiyməti ilə çoxlarının sevimli mağazası olan Waikikidən sifariş ən az Trendyol qədər sadədir.Burada siz alış-verişi həm sayt üzərindən həm də mobil tətbiq üzərindən edə bilərsiniz.Sifariş qaydası-bütün onlayn alış-verişlərdə olduğu kimidir.Siz almaq istədiyiniz məhsulu və ya məhsulları səbətə atırsınız.Daha sonra kart məlumatlarınızı və VADİ Group da qeyd olunan ünvanı daxil edib təsdiqləyirsiniz.LCW haqqında gələn suallardan biri də məhz mağazada qeydiyyatdır.Trendyoldan fərqli olaraq burada əgər sizin türk nömrəniz yoxdursa hesab aça bilmirsiniz.Amma narahat olmağa dəyməz.Almaq istədiyiniz məhsulları səbətə atdıqdan sonra ÜYE OLMADAN DEVAM ET butonuna vuraraq LC Waikikidən alış-veriş edə bilərsiniz və yaxud bizə həvalə edə bilərsiniz.

Sifariş et və ya həvalə et xidməti nədir ? Kimlər sifariş et xidmətindən yararlana bilər ? Sifariş et xidməti ödənişlidirmi ? Sifariş et xidmətinin üstünlükləri nələrdir ? 

 Mövzu sifariş et xidmətinə gəlmişkən məlumat verək ki, xidmət 5% komissiya ilə həyata keçirilir və bütün bağlamalarınız sığortalanır.Bəli,Bəli :) Bütün bağlamalarınız sığortalanır !

Sığortalı sifariş haqqında ətraflı məlumat üçün linkə keçid edin.


 

GRATİS və WATSONS mağazalarından necə kosmetika və baxım məhsulları sifariş edə bilərik ?

 Gratis və Watsons kart necə əldə edə bilərik ?  

 

 Gratis və Watsons kart əldə edə bilmək və endirimdən yararlanmaq üçün Türk nömrəyə ehtiyacınız olacaq.Ancaq türk nömrəniz yoxdursa narahat olmağa dəyməz :) 

Vadi Group olaraq istədiyiniz məhsulları kartlar vasitəsilə endirimli qiymətə sizlər üçün həm alırıq,həm daşıyırıq! Bunun üçün siz Sifariş et bölməsinə daxil olursunuz və almaq istədiyiniz məhsulun linkini,məhsul haqqında ətraflı məlumatları həmçinin gratis karta özəl endirimi qeyd edib prosesi tamamlayırsınız.Əlavə olaraq qeyd edək ki Türkiyə endirimləri əksər mağazalar üçün keçərli olacaq.Uyğun qiymətlərdən və sürətli karqodan yararlanmaq üçün seçimləri indidən etməyə başla :) 


 

Zara,Bershka,Stradivarius,Koton,DeFacto,Mavi,Mango kimi saytlardan alış-veriş üçün də həmçinin öncə hesab açırsınız daha sonra istədiyiniz məhsulları səbətə atıb Vadi hesabınızda qeyd olunan Ünvan məlumatlarını və kart bilgilərini daxil edib prosesi tamamlayırsınız.Türkiyə endirimlərindən yararlanmaq üçün məhsulları həm özünüz ala həm də sifariş et xidmətindən istifadə edə bilərsiniz.

 

  Daşınma haqqını endirimli ödəmək istəyən müştərilər ətraflı məlumat ilə buradan tanış ola bilər.

 

Əlavə sualınız yaranarsa bizə müraciət etməkdən çəkinməyin.Hər kəsə xoş alış-verişlər :)

 

Oxşar xəbərlər