Haqqımızda

Biz Kimik?

Biz Kimik?

Vadi (Vadi Group MMC) komandası olaraq Azərbaycan Qanunvericiliyində qadağan olunmamış hər növ yükünüzü və xarici e-ticarət saytlarında bəyəndiyiniz məhsulları dünyanın dörd bir yanından Azərbaycanın istənilən hissəsinə çatdırmaq üçün yola çıxmışıq.

1993-cü ildən bəri yükdaşıma ilə məşğul olan peşəkarlardan ibarət şirkətimizin əsas məqsədi operativ müştəri xidmətləri və sürətli poçtdaşımanı təmin etməkdir. Bu səbəbdən, çoxillik təcrübəmiz və ən son texnologiyaların köməyilə siz dəyərli müştərilərimizə individual olaraq yanaşmaqla bərabər, problemlərinizin zamanlı və operativ həlli üçün 7/24 xidmətinizdəyik.

 

Məqsədimiz

Təməl məqsədlərimizdən biri də ekoloji təmizliyi qorumaq, təbiətə olan zərəri minimuma endirməkdir. Bu məqsədlə, rəqəmsal alternativlərə üstünlük verərək kağızdan istifadəni azaldır, kuryer daşımaları üçün elektrik avtomobillərdən istifadə edirik.

Bundan əlavə, sifarişlərin əlçatanlığını artırmaq üçün şəhərin müxtəlif yerlərinə yerləşdirdiyimiz təhvil qutularımıza da rast gələ bilərsiniz. Bu innovativ “kiçik anbarlar” həm sizin rahatçılığınızı təmin edir, həm də, kuryer daşımalarının sayını azaldaraq hava çirklənməsinin qarşısını alır.