Daşınma şərtləri

        1.0 Sifarişlərinizi Vadi Group-a həvalə edə (“Sifariş et” xidməti vasitəsilə) və ya özünüz birbaşa edə bilərsiniz.

       Sifariş et ximəti ilə sifariş edildiyi halda

        1.1 "Sifariş et" xidməti ilə edilən sifarişlər sığortalanır və məhsul yanlış (ölçü, rəng, model və s. ) və ya yararsız halda gəldikdə məhsulun ödənişi şirkət tərəfindən kompensasiya edilir. Bu halda müştəri bağlamanızı təhvil alarkən ofisdən ayrılmadan bağlamanı yoxlamalı və qeyd edilən halla bağlı yerindəcə əməkdaşlara məlumat verilməlidir. Ofisdən kənarda yoxlanılan bağlamalara Sığorta şamil olunmur.​

        1.2  Sığortalanmış bağlamalar kompensasiya edildikdə yalnız invoys qiyməti geri ödənilir.

        1.3  “Vadi Gruop MMC” (bundan sonra – “İcraçı”) qəbul olunmuş sifarişləri növbəlilik əsasında və həftə içi 24 saat ərzində həyata keçirir. Qeyd edək ki, endirimlərlə əlaqədar olaraq bəzən bu müddət uzana bilər. Təcili sifarişlər iş saatları daxilində 2 saat ərzində icra olunur.

        1.4  “Sifariş edilib” statusunda olan məhsullar üzərində heç bir əməliyyat (sifarişin ləğvi, rəng və ya ölçüsünün dəyişdirilməsi və s.) həyata keçirməyimiz mümkün deyil.

        1.5 Bizim tərəfimizdən sifariş verilmə prosesi üçün 5% komissiya haqqı nəzərdə tutulub.

        1.6 Sifariş İcraçı tərəfindən həyata keçirildikdən, satıcı firmaya ödəniş edildikdən sonra firma tərəfindən hər hansısa bir səbəbdən (məhsulun təmin edilməsi satıcı tərəfindən mümkün olmadıqda) ləğv (iptal) olunduqda isə müştərinin ödədiyi məbləğ 5% komissiya istisna olmaqla, sadəcə məhsul üçün ödənilən əsas məbləğ günlük məzənnə ilə istifadəçinin balansına geri qaytarılır.

        1.7 Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ, 5% komissiya daxil olmaqla,əsas məbləğ istifadəçinin balansına geri qaytarılır. 

        1.8 Sifariş təsdiq edilərkən sifariş məbləğindən maksimum 25 TL kənarlaşma olarsa, müştəriyə məlumat verilmədən balansından silinməklə sifariş həyata keçirilir. Əlavə Türkiyə daxili karqo ödənişi olarsa, müştəriyə məlumat verilmədən borc yazılır. Müştəri bağlamasını əldə edən zaman daşınma haqqı ilə birlikdə məhsulun alışından yaranan borcu da ödəməlidir əks halda bağlama müştəriyə verilə bilməz. 

        1.9 Sifariş edilmiş məhsulların satıcı tərəfindən xarici anbara hansı müddətdə çatdırılmasına görə məsuliyyət daşımırıq, bu müddət birbaşa satıcı və Türkiyə daxili kargodan asılıdır.

        1.10 Malların sifariş edildiyi e-ticarət saytlarının etibarlılığı və ya ödəmə şərtləri ilə bağlı heç bir məsuliyyət daşımırıq.

        1.11 Ödəniş sifariş olunan ölkənin valyutası ilə aparıldığından, əlavə bank komissiyaları gözlənilən haldır və buna görə heç bir məsuliyyət daşımırıq.

        1.12 Eyni e-ticarət saytından sifariş etmiş olsanız belə, ayrı göndərilmiş hər bağlama ayrı-ayrılıqda hesablanır.

        1.13 İstifadəçi balansına yüklənən məbləği digər sifarişləri üçün istifadə edə bilər və yaxud da kart hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 5-7 iş günü ərzində geri qaytarılır. Vadi “sifariş balansı”nın karta qaytarılması üçün şəxsi kabinetdə “Balansla bağlı” başlığı ilə müraciət yaradılmalıdır.

        1.14 "Sifariş et" xidməti vasitəsilə verilən sifarişlərdə yaranmış problemlərlə bağlı müştəri sayt üzərindən müraciət yaratmalıdır. Sifarişlə bağlı məlumat almaq üçün "Sifariş et" xidmətimizlə olan sifariş təsdiqləndiyi tarixdən etibarən 1 ay ərzində müraciət yaradılmalıdır. Daha sonra yaradılan sorğular etibarsız sayılaraq araşdırılmayacaqdır. 

        1.15 Daxil olan sorğular 15 iş günü ərzində araşdırılır və nəticə təqdim olunur.

        Xarici ünvanımız istifadə edilərək sifariş edildiyi halda

         2.0 İstifadəçi "Ünvanlarım" bölməsindən istifadə etməklə öz kartı ilə birbaşa mağazadan sifariş edə bilər.

         2.1 Müştəri internet üzərindən alış zamanı çatdırılma ünvanı (Vadi Group  MMC-nin müvafiq ölkədə anbar ünvanı) və şəxsi  məlumatları tam və düzgün göstərməlidir. Müştəri tərəfindən internet üzərindən alış zamanı çatdırılma ünvanı və ya şəxsi məlumatlar yanlış doldurularsa, baş verəcək hər hansı pronlemə görə Vadi Group  MMC heç bir məsuliyyət daşımır.

         2.2 Müştəri Vadi Group  MMC-nin müvafiq ölkədə anbar ünvanı qeyd edərək sifariş etdiyi zaman “Vadi Group MMC" göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmamasına  görə məsuliyyət daşımır eləcə də Müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.

         2.3 Məhsullar daşıyıcı tərəfindən sığortalanmır və daşıyıcı buna görə heç bir məsuliyyət daşımır.

         2.4 Birbaşa mağazadan sifariş etdiyiniz və sistemdə qeydiyyata alınmadığı təqdirdə sifarişinizin xarici anbara təhvil verilməsi ilə bağlı mağazadan bildiriş aldıqdan sonra 15 gün müddətində sorğu yaradılmalıdır. Daha sonra yaradılan sorğular etibarsız sayılaraq araşdırılmayacaqdır. 

         2.5 Qırılabilən məhsullar mağaza tərəfindən daşınma standartlarına uyğun paketlənərsə, bağlamanın üzərində “Qırıla bilən məhsul” olması ilə bağlı etiket varsa və bağlamalarda hər hansı zədələnmə halı olarsa, müştərinin ödədiyi məbləğ şirkətimiz tərəfindən kompensasiya edilir. Qəbul olunan bağlama ofisimizdə, kuryer çatdırılması edilibsə kuryerin yanında yoxlanılmalıdır. Məhsulda hər hansı bir xəsarət olduğu təqdirdə yerindəcə əməkdaşlarımıza və ya kuryerə məlumat təqdim edilməlidir. Əks təqdirdə sonradan aşkarlanmış hər hansı bir çatışmazlığa görə daşıyıcı məsuliyyət daşımır.

         Trendyol-Azərbaycan birbaşa çatdırılma ilə edilmiş sifarişlər

          3.0 İcraçı ("VADİ Group" MMC) anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.

          3.1 İcraçının ("VADİ Group" MMC) anbarına qəbul etdiyi mallarda aşkarlanmış hər hansı problem (zədəli, yanlış məhsul, natamam məhsul və s. kimi) birbaşa Trendyolun məsuliyyətindədir. 

          3.2 Müştəri 3.1-də sadalanmış problemlərlə qarşılaşdıqda Trendyol müştəri xidmətlərinə müraciət edərək, məsələnin həllini tələb etməlidir. 

          3.3 Birbaşa ünvana çatdırılma seçilmiş bağlamalar

                a. müştərinin ünvanına çatdırılarkən müştəri ünvanda olmadıqda, ünvan yanlış olduqda, zəngə cavab vermədikdə və s. kimi hallar yaşanarsa imtina edilir.

                b. İmtina edilmiş bağlamalar Nizami baş ofisinə qaytarılır və müştəri bağlamanı yalnız filiala yaxınlaşaraq təhvil ala bilər. 

                c. Ünvana çatdırılma yalnız bir dəfə icra olunur.   

         Wolt Ekspress çatdırılma qaydaları

         3.4 Vadi hesabınızda "Wolt Ekspress çatdırılma" bölməsinə daxil olaraq yerli anbarda olan bağlamalar üçün kuryer sifarişi yarada bilərsiniz. Belə ki, ilk öncə bağlamanın hazırda olduğu filialı, daha sonra bağlamanı seçməlisiniz, sonrakı mərhələdə sifarişi təhvil alacaq olan şəxsin məlumatlarnı, ünvanını və çatdırılma saatını qeyd etməklə sifarişi tamamlamış olursunuz. Çatdırılma haqqı sifarişi təsdiqləyərkən əks olunacaqdır. Nəzərinizə çatdırmaq istəyirik ki, bağalamalar müştərinin ünvanına çatdırılarkən müştəri ünvanda olmadıqda, ünvan yanlış olduqda, zəngə cavab vermədikdə və s. kimi hallar yaşanarsa imtina edilir və bağlamalar filiala geri qaytarılır. Bu halda tərəfinizdən ödənilən məbləğ geri qaytarılmır. Wolt Ekspress çatdırılma edilmiş bağlamalar təhvil alındığı zaman kuryerin yanında açılıb yoxlanılmalıdır, hər hansı problem olduğu halda Vadi hesabınızda "müraciətlər" bölməsi üzərindən yaşanan problem haqqında məlumat  və bağlamanın şəkilləri əməkdaşlarımıza təqdim edilməlidir. Əks halda bağlamaların araşdırılması mümkün deyildir. 

         Bağlamaların Qəbulu və Çatdırılma Şərtləri

         4.0 İcraçı anbarına qəbul etdiyi malların keyfiyyət və dəstliyinə görə məsuliyyət daşımır, eləcə də müştərinin internet-mağaza vasitəsi ilə əldə etdiyi mallara zəmanəti təmin etmir.

         4.1 Satıcının xarici anbara çatdırdığı bağlamalar tərəfimizdən qəbul edilərək 48 iş saatı ərzində sistemə əlavə edilir. Bağlamalar “Vadi Group” MMC əməkdaşlarına təhvil verilir və yalnız alanın imzasının mövcud olduğu halda anbar tərəfindən qəbul edilmiş hesab olunur. Bağlamanın “Təslim edilmişdir” statusu təvhil alanın imzası mövcud olmadan düzgün kimi nəzərdən keçirilə bilməz.

         4.2 İlin müxtəlif vaxtlarında xarici ölkələrdə satıcı şirkətlər tərəfindən malların qiymətində edilən endirim kampaniyalarına (bayramlara, Black Friday və s.) görə onlayn alışa tələb artır.  Bu halda, xarici anbardan yerli anbara çatdırılmada gecikmələr baş verə bilər. Bu səbəb görə malların alıcıya təhvil verilməsində yaranmış gecikmələrə görə şirkətimiz (Vadi Group MMC) heç bir məsuliyyət daşımır.

         4.3  - Bağlamaların yerli anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN ödəniş hesablanacaq. 45 gün keçdikdən sonra təhvil alınmamış bağlamalarınız aktlaşdırılaraq hesabınızdan silinir və sifarişə görə ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır.

                - Bağlamaların xarici anbarda 15 gün ərzində saxlanması ödənişsizdir. 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN ödəniş hesablanacaq. 45 gün keçdikdən sonra təhvil alınmamış bağlamalarınız aktlaşdırılaraq hesabınızdan silinir və sifarişə görə ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır.

         4.4 Daşınma haqqı bağlamalarınızın fiziki və ya həcmi çəkisinə əsasən hesablanır. Sifariş Türkiyə anbarımızın ünvanları qeyd edilərək icra edilərsə, tərəflərindən hər hansı biri 100 sm-dən böyük olan bağlamanın çatdırılma haqqı həcmi çəkiyə əsasən hesablanır. Sifariş Amerika anbarımızın ünvanları qeyd edililərək icra edilərsə, tərəflərindən hər hansı biri 80 sm-dən böyük olan bağlamanın çatdırılma haqqı həcmi çəkiyə əsasən hesablanır. Həcmi çəki bu düstur əsasında hesablanır: en (sm) * uzunluq (sm) * hündürlük (sm) / 6000.

         4.5 Sadəcə Azərbaycan qanunvericiliyində qadağan olunmamış məhsulların daşınmasını həyata keçirə bilərik. Qadağan olunmuş malların siyahısı:

https://customs.gov.az/az/ferdler-ucun/mallarin-gomrukden-kecirilmesi/

          4.6 Yerli anbardan bağlamanın üçüncü şəxsə təhvil verilməsi yalnız vadi.az saytında müvafiq bölmədən həmin şəxsin məlumatları əsasında Etibarnamə əlavə edildiyi halda mümkündür. Bundan sonra bağlama alanın şəxsiyyətini təsdiq edən sənədin (pasport,sürücülük vəsiqəsi ) təqdim edilməsi ilə bağlama təhvili mümkündür.

          4.7 İcraçının, müştəri tərəfindən internet üzərindən alınan və İcraçıya daşınma üçün verilən, yükün qorunmasına dair məsuliyyəti həmin yükün icraçının müvafiq ölkədə yerləşən anbarına daxil olduğu andan başlayır və həmin yükün müştəriyə təhvil verilən anadək davam edir. Təhvil alınan bağlamalar ofisimizdə, kuryer çatdırılması edilibsə kuryerin yanında müştəri tərəfindən sayılaraq təhvil alınmalıdır. 

           Bağlamanın Məntəqədən təhvil alınma şərtləri

  • Bağlamanın məntəqədən təhvil alınması üçün çatdırılma ödənişinin onlayn şəkildə ödənilməsi mütləqdir. Çatdırılma ödənişi onlayn ödənilməyən bağlamaların məntəqədən təhvil alınması mümkün deyildir. 
  • Bağlamaların çeşidlənmə mərhələsindən sonra məntəqəyə daxil olması 24 saat müddətini təşkil edir.
  • Bağlamaların cari statusu ilə bağlı bldirişlər whatsapp üzərindən göndərilir.
  • Bağlamalar məntəqədən şəxsiyyət vəsiqəsinin əsli ilə təhvil verilir. 
  • Məntəqəyə daxil olan bağlamalar 15 təqvim günü ərzində təhvil alınmadığı təqdirdə 16-30 gün ərzində hər günə görə əlavə 0.50 AZN, 31-45 gün ərzində isə hər günə görə əlavə 1 AZN ödəniş hesablanacaq. 45 gün keçdikdən sonra təhvil alınmamış bağlamalarınız aktlaşdırılaraq hesabınızdan silinir və sifarişə görə ödənilmiş məbləğ heç bir halda geri qaytarılmır.

           Əlavə xidmətlərin Şərtləri 

                  İadə xidməti

           5.0 Bağlamaları xarici anbardan iadəsi mümkündür, xidmət haqqı hər bir bağlama üçün 2$ təşkil edir.

           5.1 Xarici anbardan iadə tələbi bağlamanı Smart Customs vəya e.customs.gov.az saytında bəyan etmədən əvvəl yaradılmalıdır. 

           5.2 Xidmətdən istifadə edən zaman yanlış daxil edilmiş məlumatlara görə ( iadə kodu, bağlamanın təhvil veriləcəyi kargo firma adı və s.) şirkət olaraq məsuliyyət daşımırıq.

           5.3 Bağlama iadə üçün  satıcı firmaya göndərildikdən sonra satıcı tərəfindən qəbul olunmayan bağlamalara görə məsuliyyət daşımırıq.

           5.4 İadə prosesinin nəticələnmə müddəti və ödənişin mağaza tərəfindən qaytarılması müddəti birbaşa Satıcıdan asıldır, xidmətimizlə əlaqəli deyildir.

           5.5 İadə xidmətindən sifarişinizin satıcı mağaza tərəfindən təyin edilmiş mümkün iadə müddəti daxilində istifadə edə bilərsiniz. Xidmətdən isfifadə etmədən öncə sifariş etdiyiniz satıcının iadə müddəti və şərtləri ilə yaxından tanış olmalısınız. 

             Bağlama tərkibinin yoxlanması xidməti

            5.6 Müştərinin tələbi üzrə Xarici Anbarda bağlamaya yoxlanış həyata keçirilə bilər.

            5.7 Yoxlanış xidməti haqqı 1$ (bir dollar) olaraq müəyyən edilmişdir.

            5.8 Yoxlanış xidməti zamanı bağlamadakı məhsulun doğruluğu (ölçü, məhsul modeli, rəngi), zədəli və ya defekt olub olmadığı yoxlanılır.

            5.9 Bu xidmətlə bağlı tələb müştəri tərəfindən bağlama Smart Customs vəya e.customs.gov.az saytında bəyan edilmədən əvvəl həyata keçirilməlidir.

              Bağlamanın yenidən paketlənməsi xidməti

            5.10 Müştərinin tələbi üzrə baglama yenidən paketləməsi  xidməti həyata keçirilə bilər. Xidmət ödənişi 2 $ (iki dollar) olaraq təyin edilmişdir. 

            5.11 Paketləmə xidməti seçildikdə xarici anbar əməkdaşlarımız tərəfindən  bağlamanın içərisindən və ya çölündən qoruyucu ləvazimatlar yerləşdirilərək baglama üzərinə “qırıla bilən” etiketi yapışdırılır. 

            5.12 Bağlamanın paketlənməsi zamanı məhsulun qırıq olduğu aşkarlanarsa, paketləmə edilmir və müştərinin xidmət üçün ödədiyi məbləğ geri qaytarılır. Müştəri istədiyi təqdirdə iadə xidmətindən istifadə edərək, bağlamanı geri iadə edə bilər.

            5.13 “Vadi Group MMC” tərəfindən paketlənməsi həyata keçirilən bağlamanın yerli anbarda yerindəcə yoxlayaraq qırıq, zədəli olduğu aşkarlandığı halda məhsulun invoys qiyməti kompensasiya edilir. 

            5.14 Bağlamanın paketlənməsi xidmət seçimi bağlamanı Smart Customs vəya e.customs.gov.az saytında bəyan etmədən əvvəl yaradılmalıdır.

              Qapıda ödəmə xidməti

            5.15 Bəyəndiyiniz mağazalardan və məhsullardan “Qapıda ödəmə” ödəniş metoduna görə imtina etməyə bilərsiniz. Belə ki, ödəniş metodu “Qapıda ödəmə” olan satıcılardan sifariş etdikdən sonra sifarişiniz Türkiyədaxili karqoya verildikdə hesabınızda “Qapıda ödəmə” bölməsinə keçid edərək bəyannamə yaratmalısınız. Nəzərinizə çatdıraq ki, bəyannamə yaradan zaman qeyd olunan invoys qiyməti bağlama təhvili zaman ödənilən məbləğdən az olduğu təqdirdə çatışmayan məbləğ bağlamaya borc olaraq təyin ediləcəkdir. Bu məbləğ invoys qiymətinin 15%-dən çox olarsa, bağlama qəbul edilməyəcəkdir. Qeyd edək ki, bu xidmətdən istifadə üçün 10% komissiya haqqı nəzərdə tutulmuşdur.

 

              Gömrük rəsmiləşdirilməsi

            6.0 Müştəri tərəfindən sifariş etdiyi məhsulun www.vadi.az veb saytında bəyan edilməsi (göndərənin adının, malın adının və onun invoice sənədinin təqdim edilməsi) mütləqdir. Müştəri gömrük rəsmiləşdirilməsi zamanı yük barədə tam və dolğun məlumatın verilməsinə və gömrük bəyannaməsinin düzgün doldurulmasına görə məsuliyyət daşıyır.

            6.1 Səlahiyyətli orqanların Müştəri tərəfindən hazırkı Razılaşmanın yuxarıdakı  maddələrində nəzərdə tutulmuş tələblərini yerinə yetirməmək və ya qismən yerinə yetirməsinə görə (misal üçün, bağlamanın natamam və ya qeyri-dəqiq bəyan edilməsi, daşınması qadağan olan malların mövcud olması) heç bir məsuliyyət daşımır.

            6.2 Müştəri tərəfindən Azərbaycan ərazisinə gətirilməsi qadağan edilən malın gətirilməsi halında belə mal Azərbaycan Dövlət Gömrük orqanları tərəfindən müsadirə edilə, müştərinin üzərinə isə inzibati-cinayət məsuliyyəti qoyula bilər.

            6.3 Gömrük Komitəsi tərəfindən yoxlanış zamanı bağlamaya dəyən zədəyə görə məsuliyyət daşımırıq.

            6.4 Gömrükdə saxlanılan məhsullara görə məsuliyyət daşımırıq. Nəzərə alın ki, mallar bu hallarda saxlanıla bilər:

  1. Bir ay ərzində sifariş edilmiş məhsulların ümumi dəyəri və çatdırılma haqqı birlikdə aylıq limit olaraq nəzərdə tutulmuş 300 ABŞ dolları məbləğini keçərsə
  2. Sifariş edilmiş məhsulların kommersiya məqsədi daşıdığı düşünülərsə
  3. Bağlamalarda Azərbaycan qanunvericiliyində ölkəyə idxalı qadağan olunmuş məhsullar aşkar edilərsə

            Qeyd edək ki, gömrük orqanları tərəfindən saxlanılmış bağlamaları yalnız siz özünüz əldə edə bilərsiz. Bunun üçün ilk öncə ofisimizə yaxınlaşaraq ödəniş etməli və daha sonra əldə etdiyiniz qaimə və barkodla Gömrük İdarəsinə yaxınlaşmalı olursuz. 1 və 2. hallar yaşandığı təqdirdə, gömrük tərəfindən təyin edilmiş rüsum haqqını ödəyərək bağlamalarınızı əldə edə bilərsiz.

              Daşınma Şərtlərinə Əlavə

              Fors-major hal baş verdikdə

  1. Tərəflər fors-major səbəblərinə görə mövcud şərtlər üzrə götürülmüş öhdəlikləri vaxtında, tam və lazımınca icra edə bilmədikdə, həmin öhdəliyin icrası vəzifəsindən və bununla bağlı məsuliyyətdən müvafiq nisbətdə azad edilirlər. Bu maddədə “fors major” termininin işlədilməsi təbii fəlakətlər, epidemiya, partlayışlar, yanğınlar, zəlzələ, qasırğa, sunami, tufan, müharibə, vətəndaş müharibəsi, xarici dövlətlər tərəfindən hərbi müdaxilə, inqilablar, vətəndaş ixtişaşları və s. analoji səbəblər hökumətin və digər səlahiyyətli orqanların qanuni sərəncamları, həmçinin də ölkənin ərazisindən kənar gözlənilməz və həlli hökumət (və ya tərəflər) tərəfindən qeyri mümkün ola bilən səbəbləri özündə cəmləşdirir.
  2. Yuxarıda göstərilmiş səbəblərin və zamanının hüquqi cəhətcə təsdiqi səlahiyyətli orqanlar tərəfindən verilmiş arayışlar əsasında müəyyən olunur.
  3. Fors major hadisələri baş verdikdə müqavilənin şərtlərində göstərilən hüquq və vəzifələrin icrası vaxtı adı çəkilən hadisələrin müddəti dövrü qədər uzadılır.
  4. Tərəflər bir-birini hazırkı şərtlərin yerinə yetirilməsini gecikdirən fors major səbəbinin başlanması və bitməsi məlumatını tez bir zamanda elektron poçt, teleqraf, teleks və ya telefaks ilə məlumatlandırmalıdır.
  5. Tərəflər fors major hadisəsi baş verdiyi halda hər hansı maddi və ya mənəvi zərərin qarşısını almağa çalışmalıdır.